”Ukraynada müharibə gedir. Rusiya yaxşı vəziyyətdə deyil və müqavimət göstərə bilmir. Bizə bu haqda aydın desinlər, niyə demirlər? Desinlər ki, bilirsiniz, indi əlimizdən heç nə gəlmir. Amma imitasiya etməsinlər”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin “Birinci Kanal”ına müsahibəsində deyib.
“Əgər təhlükəsizliyin bədəli bizim getməyimizdirsə, bu barədə açıq danışsınlar. Açıq desinlər, elə indi gedərik. Ümumilikdə isə bu, müzakirə olunacaq məsələ deyil. Bu, yalançı ixtiradır”, - spiker qeyd edib.
Simonyan jurnalistin sualına cavab olaraq, Rusiyanın Ermənistanın indiki hakimiyyətindən xoşu gəlmədiini söyləyib.