18 Sentyabr 2022 19:12
5 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Böyük Britaniya kraliçası II Yelizaveta ilə vida mərasimində şəkil çəkdirməsi və köməkçisi ilə söhbət etməsi kraliçaya və İngiltərə ənənəsinə hörmətsizlik kimi qiymətləndirilirb.

Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, Britaniya mediasının Rusiya prezidenti Vladimir Putinin müttəfiqi kimi təqdim etdiyi Vaaqn Xaçaturyan mərhum monarxın tabutu qarşısında köməkçisi ilə (söhbət Ermənistanın səfirindən gedir) söhbət edib. Hətta səfir telefonla telefonla onun şəkillərini çəkib.

Dövri nəşrin məlumatına görə, şahidlər Ermənistan liderinin kraliçanın tabutu istiqamətində VİP xiyabanı ilə gedərkən yoldaşları ilə söhbət etdiyini bildiriblər.

Qəzet yazır: "Onun davranışı 1000 illik sarayın foto və video çəkilişini qadağan edən və yalnız sakit, hörmətli davranışa çağıran sərt qaydalarına ziddir".

Şahidlərdən biri "The Sun"a bildirib ki, salona gələn yüzlərlə ziyarətçi arasında yalnız Xaçaturyan söhbət edib. “Onun şəkil çəkdirməyi planlaşdırdığı bəlli idi. O, köməkçisi ilə tabutun yanından keçən qrupun arxasına düşdü...Qaydaları bilir, içəri girməzdən əvvəl ona bu haqda məlumat verilməli idi”.

Xaçaturyanın sabah kraliçanın dəfn mərasimində qatılıb-qatılmayacağı hələlik məlum deyil.


Müəllif: Teleqraf.com