19 Sentyabr 2022 16:56
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müdafiə naziri Suren Papikyan KTMT-nin bu ölkədəki monitorinq missiyasının əməliyyat qrupunun rəhbəri general-polkovnik Anatoli Sidorovla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sidorov əməliyyat vəziyyəti ilə bağlı qrupun işinin nəticələrini təqdim edib.

Sidorovun rəhbərlik etdiyi KTMT missiyası ötən həftə Ermənistana gəlib.

KTMT qrupu sentyabrın 13-14-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatı araşdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu