Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası Araqatsotn vilayətinin Talin, Areni, Vayots Dzor, Akunk, Kotayk bölgələrində yerli özünüidarəetmə orqanlarına seçkilərdə qalib gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə etməni mediası Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir.
Qeyd olunur ki, hakim partiya Kacaran, Taşir, Ani, Alaverdidə məğlub olub.
Zəngəzurun Kacaran şəhərində “Birliyə doğru” bloku, Lori bölgəsinin Taşir rayonunda “Birləşmiş İcma” partiyası, Ani Şirak bölgəsində “Millət-İcma” bloku, Lori bölgəsinin Alaverdi rayonunda “Həyat üçün ölkə” partiyası qalib gəlib.