“Artsax məsələsi artıq həll olunub. İnsanları ruhdan salmaq istəmirəm, amma indi Artsax elə bir vəziyyətdədir ki, Ermənistanın heç nə edə bilməz. Ermənistan yoxdur. Ermənistan Artsaxda aktyor deyil. Açar müharibədən əvvəl Rusiyanın əlində idi. İndi Rusiyanın o qədər problemləri var ki, açarı itirib. İndi Rusiyadan gözləntilərimiz ola bilərmi? Bu, Karib böhranından on qat daha təhlükəlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan yerli "İctimai TV"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanda daxili iğtişaşlar davam edərsə, vəziyyət daha da mürəkkəbləşəcək, ölkə zəifləyəcək: "Türkiyə və Azərbaycanın bizdən tələbləri daha da artacaq. Yarım il belə davam etsə, ölkəmiz olmayacaq. Müxalifətin əksəriyyəti hesab edir ki, Nikol Paşinyandan yaxa qurtarsalar, ağrılı həll yollarından qaçmaq mümkün olacaq, lakin bu, sadəlövhlükdür. Kim gəlirsə-gəlsin, daha pis sənədə imza ata bilər. Birincisi, daha yaxşı ola biləcəklərini sübut etmədilər. Məncə, bütün həllər bizim üçün pis olacaq. Mən bir problem görürəm: bütün o pis həllər arasından ən az ağrılı həlli seçmək lazımdır. Paşinyan da sənəd imzalamaqdan qorxur, çünki hansı sənədi imzalasa, deyəcəklər ki, satqındır, türkdür. Ermənistandan iki şey tələb olunur. "Artsax"ı Azərbaycanın bir hissəsi kimi tanımaq və ona dəhliz vermək. Bu barədə çox danışılıb. Bilmirəm, işləyəcək, ya yox. Bizdən daha güclü ölkələr təslim oldular. Məsələn, Yaponiya. Bəli, Ermənistan da təslim oldu. Bu, bizim istəyimiz deyildi, onu şərait yaratdı. Opponentlərin aqressivliyi, hakimiyyətimizin səhvləri. Mən də min bir səhv etmişəm, bəli, amma bu cür yox".
Sabiq prezidentə görə, Ermənistan çətin və ağrılı qərarlar gözləyir: "Həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq"