28 Sentyabr 2022 23:22
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin və səfirliyin hərbi və hərbi-hava attaşesi V.A.Kosov Rusiya və Ermənistan Birgə Hərbi Bölməsinin rəhbəri T.Porvyanla birgə bu gün Cermux (İstisu) və Gorusa səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Kopırkin və digərləri yerlərdə erməni hərbi komandanlığın rəsmiləri ilə görüşüb, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə “tanış” olublar.

Səfər çərçivəsində Kopırkin 102-ci hərbi bazanın Gorusda yerləşən batalyon-taktiki qrupunu və Rusiya sülhməramlı kontingentinin Qarakilsədə yerləşən xüsusi aviasiya qrupunu da ziyarət edib.

Qeyd edək ki, son vaxtlar İran Qafan və Gorusda “iqtisadi aktivlik” göstərməyə çalışır və bununla bağlı yerli qubernatorlarla sazişlər də bağlanıb. Bəzi ekspertlər isə ərazidə (Zəngəzur) İranın hərbi varlığını qurmaq istədiyi və bunun artıq əlamətləri olduğunu iddia edir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər