29 Sentyabr 2022 12:05
2 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyasının yerləşdirilməsi həll yolu ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bütün beynəlxalq çağırışlarla razıyıq və məsələlərin sülh, diplomatik yolla həll olunmasını istəyirik”, - baş nazir bildirib.

Onun sözlərinə görə, Ermənistan ardıcıl olaraq beynəlxalq tərəfdaşlarına bu həll yolunu təklif edir ki, Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyasının yerləşdirilməsi həll yolu ola bilər.

“İstər BMT Təhlükəsizlik Şurası, istər ATƏT, istərsə də başqa beynəlxalq təşkilat olsun”, - Paşinyan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər