2 Oktyabr 2022 00:07
2 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 9-da Ermənistan parlamentinin sədri Alen Simonyan üç günlük səfərlə Rusiyaya gedəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da Rusiya Federasiyasının paytaxtına yola düşəcək. Üç günlük səfər nəzərdə tutulub”, - məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, Simonyan Dövlət Dumasının sədri Vyaçeslav Volodindən iki ölkənin parlamentləri arasında əməkdaşlığı inkişaf etdirmək məsələlərini müzakirə etmək üçün Moskvaya səfər etmək dəvəti alıb.

Erməni spiker bu günlərdə Rusiya və KTMT-ni sərt sözlərlə tənqid etmişdi. Simonyan Rusiyanın əlindən heç nə gəlmədiyini, Ermənistanı müdafiə edə biləcək gücünün qalmadığını demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər