Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan prezidenti Vaaqn Xaçatryan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və hakim “Mülki müqavilə” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak ediblər.
Görüşdə Ermənistanın üzləşdiyi problemlər və onların aradan qaldırılması üçün gələcək addımlar müzakirə olunub.