14 Oktyabr 2022 17:52
3 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan rəhbərliyi özünü əsl satqın kimi aparır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Hazırda Avropa İttifaqının müşahidəçiləri Ermənistanın Azərbaycanla sərhədində, yəni Ermənistan ərazisində və Ermənistanın tələbi ilə mövqe tuturlar. Bəs niyə bu müşahidəçilər KTMT-dən yox, Avropa İttifaqındandır? Çünki Ermənistan KTMT-nin dönəm sədri kimi KTMT-dən belə müşahidə missiyasının yaradılması prosedurunu əngəlləyib. Bu məsələ ilə bağlı oktyabrın 13-də Astanada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı (Ararat Mirzoyan) arasında açıq-aşkar söz atışması baş verib.

Ermənistan rəhbərliyi özünü əsl satqın kimi aparır. İndi Rusiyadan qaçaraq, onun düşməni Fransaya üz tutmağa çalışır. Eyni zamanda, əminəm ki, Ermənistan həm KTMT-nin, həm də Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalacaq. Amma daxildə Rusiya, KTMT və Avrasiya İqtisadi Birliyinə hər cür ziyan vurmağa çalışacaq”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər