19 Oktyabr 2022 16:40
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə iqtisadiyyatına 150 min dollar sərmayə qoyan əcnəbilərin Ermənistan vətəndaşlığını ala biləcəyi ilə bağlı qanun qəbul edilərsə, türklərə və azərbaycanlılara Ermənistan vətəndaşlığının verilməsinin istisna edilib-edilməyəcəyini deyə bilmərəm.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

O, insanları ölkələrində Ermənistan və Türkiyə vətəndaşlığı olanların sayının çox olmayacağına əmin edib.

Nazir Türkiyədə çox sayda erməninin yaşadığına toxunub.

Kerobyan bu qərarın Ermənistan hakimiyyətinin immiqrasiya problemini həll etmək, yəni iqtisadiyyatda, eləcə də mədəniyyət, incəsənət və elm sahələrində böyük rol oynaya biləcək insanları ölkəyə cəlb etmək niyyəti daşıdığını qeyd edib.

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının investisiyalar hesabına inkişafı da çox vacibdir. “Məsələ onda deyil ki, müraciət edən hər kəs Ermənistan vətəndaşlığını alacaq. Təbii ki, Milli Təhlükəsizlik Xidməti və Polis lazımi prosedurları həyata keçirəcək, nəticədə bu narahatlıq tamamilə aradan qalxacaq. Hər hansı şübhəli və ya təhlükəli insidentlər zərərsizləşdiriləcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər