Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniyanın Şərqi Avropa Müdafiə Departamentinin rəhbəri, aviasiya generalı Pit Krokfordun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qriqoryanın özü açıqlama verib.
Görüşdə regional təhlükəsizlik və Ermənistan-Azərbaycan sərhədindəki durum müzakirə olunub.
Eyni zamanda, Ermənistanla Britaniya arasında təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri və yolları müzakirə predmeti olub.