20 Oktyabr 2022 17:50
1 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Mixail Mişustin İrəvana gedib.

Teleqraf.com xəbər verir ki, Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, cümə axşamı hökumətlərarası şuranın dar tərkibdə iclası keçiriləcək.

Sabah Mixail Mişustin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşəcək. Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclası keçiriləcək.

İclas zamanı Avrasiya inteqrasiyasının aktual məsələləri, eləcə də assosiasiyanın daxili bazarının fəaliyyəti, o cümlədən malların hərəkətinə maneələrin aradan qaldırılması, sənaye əməkdaşlığı və gömrük-tarif tənzimlənməsi məsələləri müzakirə olunacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər