"Azərbaycanla sülh bizə baha başa gələcək. Lakin bu o demək deyil ki, biz diz çöküb dilənəcəyik"
Teleqraf.com xəbər verir ki, bunu Bolqarıstan Respublikasında səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib.
O qeyd edib ki, guya Ermənistanın heç vaxt Azərbaycan ərazilərini işğal etmək arzusu olmayıb: "Azərbaycan bəyan edir ki, bizim onların ərazi bütövlüyünü tanımamaq, ərazilərini işğal etmək arzumuz var. Bizim heç vaxt belə bir arzumuz olmayıb. Arzumuz sülh içində yaşamaqdır. Biz Azərbaycanın ərazi bütövlüyünü heç bir şəkildə şübhə altına almamışıq. Biz onların ərazi bütövlüyünü qəbul edirik, onlar bizim ərazi bütövlüyümüzü qəbul etməlidirlər. Biz mühiti təmin etməyi bacarmalıyıq ki, ölkəmiz sürətlə inkişaf etsin. Biz sülhə doğru irəliləyirik. O sülhün bizim üçün öz qiyməti var, amma bu, diz çöküb diləndiyimiz anlamına gəlmir. Yox. Biz sadəcə olaraq sülh yolu ilə irəliləmək istədiyimizi bəyan edirik".