25 Oktyabr 2022 12:27
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistan iqtisadiyyatına dəstək üçün yeni proqrama başlamaq niyyətindədir. Layihənin büdcəsi 25 milyon dollar ola bilər.

Teleqraf.com xəbər verir ki, USAID bu layihəni həyata keçirəcək mütəxəssislərin axtarışına başlayıb.

“USAID-in “Sabit Ermənistan üçün İqtisadi Fond” layihəsi Ermənistanın iqtisadi təhlükəsizliyini gücləndirməklə yanaşı, iqtisadi artım mərhələlərində gəlir əldə etmək və iqtisadi tənəzzül mərhələlərini dəf etmək imkanlarını gücləndirəcək”, - layihədə bildirilir.

Proqram beş il üçün nəzərdə tutulub. Həmin müddətdə podratçılar ölkənin dövlət orqanları, o cümlədən iqtisadiyyat və yüksək texnologiyalar sənayesi nazirlikləri, özəl sektorun nümayəndələri ilə əməkdaşlıq etməlidirlər. Layihənin həyata keçirilməsi üçün 25 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.

USAID bildirir ki, Ermənistan son illərdə bir sıra böhranlarla, o cümlədən koronavirus pandemiyası ilə üzləşib. Agentlik Qərbin Rusiyaya sanksiyalarının Ermənistan iqtisadiyyatında “şok effekti” yaratdığını iddia edir.

Amerikalı ekspertlərin fikrincə, Ukraynadakı müharibə də Ermənistan üçün əlavə və yeni çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan proqramın əsas hədəflərindən biri də Ermənistan hökumətinə və özəl sektora bu sarsıntıları aradan qaldırmaq üçün yardım göstərməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər