26 Oktyabr 2022 12:27
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

“10 noyabr üçtərəfli bəyanatına imza atan Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana Zəngəzur dəhlizinin açılacağı vədini verib.”

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Avetik Çələbyan deyib.

Ekspert Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Ermənistana girişinə qadağanın qoyulmasının dəhliz məsələsi ilə bağlı səsləndirdiyi fikirlə əlaqəli olduğunu söyləyib:

“Hakimiyyət indi əsaslandırmağa çalışacaq ki, Zatulin Ermənistan ərazisindən dəhliz verilməsindən danışıb, Rusiya İrəvana dəhlizlə bağlı təzyiq göstərir. Acı reallıq ondan ibarətdir ki, bu dəhliz Azərbaycana 10 noyabr tarixli razılaşma əsasında vəd edilib. Bu sənədin altında Paşinyanın imzası var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər