Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə Böyük Millət Məclisinin (TBMM) erməni deputatı Karo Paylanla görüşüb.
Teleqraf.com xəbər verir ki, spiker Ermənistanın Paylanın Türkiyədəki “ermənipərəst və mühüm fəaliyyəti”ni böyük diqqətlə izlədiyini deyib.
Görüşdə Ermənistan və Azərbaycan arasında son silahı toqquşma müzakirə edilib. Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı da söhbət olub.
Karo Paylanın sözlərinə görə, sərhədlərin açılması ilə bağlı Türkiyə cəmiyyətinin geniş təbəqəsində məlumat çatışmazlığı var. O, həmçinin Ermənistan-Türkiyə prosesi ilə bağlı təəssüratlarını və müşahidələrini spikerə təqdim edib.
Qeyd edək ki, Karo Paylan bundan əvvəl İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.