1 Noyabr 2022 11:27
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan İranın paytaxtı Tehran şəhərində səfərdədir.

Teleqraf.com xəbər verir ki, onu İranın Plan və Büdcə Təşkilatının rəhbəri Məsud Mirkazemi qarşılayıb.

N.Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək.

***

09:40

Ermənistanın baş naziri Nikol Paşinyan İranın paytaxtı Tehrana işgüzar səfərə yola düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətindən bildirilib.

Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, N.Paşinyan sonuncu dəfə 2021-ci ilin avqustunda İrana işgüzar səfərdə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər