"Ermənistan o qədər nüfuzdan düşüb ki, hətta İran da onun adından danışmağa başlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Arutyun Mesrobyan deyib.
Ekspert Ermənistanı müxtəlif ölkələrin ayaqları altında qalmış futbol topuna bənzədib.
“Bir daha bəlli olur ki, Ermənistan sadəcə kənardan idarə edilən bir obyektdir. Bu yaxınlarda İran da sərt şəkildə bəyan etdi ki, bölgədə sərhəd dəyişikliyi ola bilməz. Təsəvvür edə bilirsinizmi ki, İranın Ermənistanın sərhədlərini qoruduğunu elan edir? Yəni artıq İran da bizim əvəzimizə reaksiya verir. Biz regionda dəhşətli dərəcədə nüfuzdan düşmüşük. Qəribədir ki, Hindistan da İranın bu mövqeyini dəstəklədi”, - Mesrobyan bildirib.
Ekspert İranın Ermənistanı təhqir etdiyini söyləyib:
“İranın addımaları ermənipərəstlik kimi qiymətləndirilməlidir. Ermənistanın maraqlarını ermənilər qorumalıdır. İran deyir ki, dəhliz açılsa, bu, onlar üçün böyük problem olacaq. Ona görə də Qafanda konsulluq açılıb. İranın belə davranışları bütün ermənilərə şillədir. Bizim yerimizə başqaları qərar verirlər”.
Mesrobyan bildirib ki, Ermənistanın yerinə İran və Rusiya Azərbaycana qarşı mübarizə aparır. O, İranın bu nöqteyi-nəzərdən Azərbaycanla sərhədlərində təlim keçirdiyini söyləyib.
“Kənardan idarə edilən bir obyekt olduğumuzu nəzərə alsaq, Ermənistan hakimiyyətinin bütün müqaviməti sıfıra bərabərdir. Burada yalnız regionun əsas oyunçularının maraqları önəmlidir. Həmin oyunçuların maraqları isə status-kvonu saxlamaqdır. Ermənistanın indiki hakimiyyətinin addımları heç kim üçün əhəmiyyət kəsb etmir”, - Mesrobyan vurğulayıb.