ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki Amerika vətəndaşlarına kütləvi toölantıların keçirildiyi yerlərdən uzaq durmağı tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, ABŞ səfirliyi İrəvanda 5 noyabrda müxalif “Müqavimət” hərəkatının mitinq keçirəcəyini bəyan edərək, öz vətəndaşlarını bu mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb.
“Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir. Mitinqin təşkil olunacağı əraziyə yaxınlaşmayın, yerli KİV-in xəbərlərini izləyin, insanların sıx toplaşdığı yerlərdən qaçın, etiraz aksiyasına qoşulmayın. Dostlarınızın və ailə üzvlərinizin təhlükəsizliyini təmin etmək üçün onları da xəbərdar edin”, – səfirlik vurğulayıb.
Xatırladaq ki, Fransa meydanında təşkil olunacaq mitinqin qondarma “DQR”-in suverenliyi və Ermənistanın ərazi bütövlüyünün guya Azərbaycan tərəfindən pozulmasına qarşı etiraz məqsədilə keçirilməsi planlaşdırılır.