"Biz Cermukun (İstisu, Dərələyəz mahalı) sərhəd bölgələrində olduq, orada nə olduğunu öz gözlərimizlə gördük. Bəli, elə yerlər var ki, orada türklər adi gözlə görünür. Onların mövqeləri hər yerdən görünür, bizim Xoznavarda (Zəngəzur qəzası) mövqelər arasında bir neçə metr fərq var, əsgərlərin üzləri görünür”.
Teleqraf.com "nyus.am"a istinadən xəbər verir ki, bunu erməni deputatı Armen Xaçatryan noyabrın 8-də jurnalistlərlə söhbətində qeyd edib.
Azərbaycanın Laçında hərbi baza tikməsinə toxunan Xaçatryan deyib: “Təhlükələr həmişə var. Bu gün Azərbaycanın elə hərbi üstünlüyü var ki, o, artıq Ermənistan üçün təhlükədir, hərbi bazanın tikintisi heç nəyi dəyişmir, hərbi balans çoxdan pozulub”.