Ermənistanda rubl, dollar, avro və funtsterlinq bahalaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə rate.am saytı bildirib.
Qeyd edilir ki, bu gün səhər saatlarından ölkənin kommersiya bankları ABŞ dollarını 391,85 dramla alır, ABŞ valyutası əvvəlki iş gününə nisbətən 0,03 dram bahalaşıb. Amerika valyutası 398,24 dram orta çəkili qiymətə satılıb, dollar dünənlə müqayisədə 0,06 dram bahalaşıb.
Avronun alışı zamanı orta çəkili məzənnəsi 388,47 dram olub, qiymətə 2,36 dram əlavə edilib. Avropa valyutasının satışı 403,53 dram orta çəkili qiymətlə həyata keçirilir ki, bu da bir gün əvvəl kommersiya banklarının təklif etdiyi qiymətdən 2,36 dram çoxdur.
Rusiya rublunun orta çəkili alış qiyməti 0,02 dram artaraq 6,13 dram təşkil edib. Rusiya valyutasının satışı 6,70 dram orta çəkili qiymətlə həyata keçirilir. Bu qiymət noyabrın 9-da təklif olunan qiymətlə müqayisədə 0,02 dram artıb.
Britaniya funt sterlinqinin alışı 439,03 dram orta çəkili qiymətlə həyata keçirilir, funt sterlinq ötən günün qiyməti ilə müqayisədə 2,23 dram bahalaşıb. Satış zamanı Britaniya valyutasının orta çəkili məzənnəsi dünənlə müqayisədə 2,58 dram artaraq 464,44 dram təşkil edib.