Xankəndidəki separatçıların lideri Araik Arutyunyan istintaq çərçivəsində dindirilib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, separatçı silahlıların keçmiş rəhbəri Mikayel Arzumanyana qarşı açılan cinayət işi çərçivəsində Araik Arutyunyana bəzi suallar verilib.
Məlumata görə, İrəvana separatçı qurumun bəzi nümayəndələri gəlib.
Özlərini “general” adlandıran separatçı quldur dəstələrinin komandirləri İrəvanda hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüblər. Onları Arzumanyanı azadlığa buraxmağa inandırmağa çalışıblar.
Qeyd edək ki, separatçı qurumun sözdə sabiq "müdafiə naziri” olmuş Mikayel Arzumanyan sentyabrın 1-də həbs edilib.