Ermənistan Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanı yola salmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, baş nazir bu addımı müdafiə nazirinin onun yerinə keçə biləcəyi ehtimalına qarşı atmaq istəyir:
“Son vaxtlar rəsmi kulislərdə Nikol Paşinyanın müdafiə naziri Suren Papikyandan yaxa qurtarmaq istəməsi ilə bağlı söz-söhbət dolaşır. Bəllidir ki, səbəb onun yaxşı və ya pis işləməsi ilə əlaqəli deyil.
“Past”ın əldə etdiyi məlumata görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının son qurultayında İdarə Heyətinə seçkilərdə Suren Papikyanla aldığı səslər arasındakı fərqin o qədər də böyük olmaması Paşinyanın heç xoşuna gəlməyib.
Müqayisə üçün qeyd edək ki, üçüncü nəticəni əldə edən şəxs Paşinyandan təxminən 350 az səs toplayıbsa, Papikyan 136 nəfərin səsini alıb. Hansısa kritik durumda Papikyanın onun yerinə keçə biləcəyi ilə bağlı tez-tez yayılan şayiələr Paşinyanı qıcıqlandırır.
Yeri gəlmişkən, rəsmi mənbələrimiz bildirirlər ki, Paşinyan Suren Papikyanla Diana Qasparyanın ondan şikayətləndiyi və ölkənin gələcəyi naminə getməli olduğunu bildirdiyi telefon danışığını da unutmayıb.
Mənbə onu da deyir ki, Paşinyanın “Soros” adlı komandasından birini müdafiə naziri vəzifəsinə təyin etmək istəyi var”.