20 Noyabr 2022 19:01
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Tavuş vilayətinin Dilican milli parkında yanğın başlayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Tavuş Regional Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, yanğının başlanması barədə saat 15:03-də məlumat daxil olub.

Park ərazisində 10 hektarlıq yaşıllıq sahəsi yanır, əraziyə xilasedicilər cəlb olunub.


Müəllif: Teleqraf.com