Erməni terrorçusu, faşist Qaregin Njdenin İrəvandakı heykəlinə fars dilində “Xameneyiyə ölüm” şüarı yazanlar saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Polisin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində sözügedən əməli 29 və 39 yaşlı iki nəfərin törətdiyi məlum olub. Həmin şəxslər tapılaraq Mərkəzi Polis İdarəsinə aparılıblar.
Noyabrın 15-də “Xaçkarer” parkında Njdenin heykəli üzərində fars sözləri yazıldığı müəyyən edilib.