Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Nikolay Patruşev İrəvanda KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.
Rusiya Prezidenti Vladimir Putin də bu gün liderlərin sammitinə qatılmaq üçün Ermənistanın paytaxtına gələcək.
KTMT-nin sammiti bu gün keçiriləcək. Təşkilatın üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.
Hazırda təşkilatın sədri Ermənistandır. Gələn il sədrlik Belarusa keçəcək.