24 Noyabr 2022 20:14
2 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT-nin sammiti üçün İrəvana gələn Belarus lideri müxalif siyasətçi Qaqik Sarukyanın malikanəsində gecələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Erməni nəşri oliqarx siyasətçinin belaruslu qonağını şəxsi malikanəsində qəbul etmək üçün uzun müddət hazırlaşdığını bildirib:

“Dünən Belarus prezidenti Aleksandr Lukaşenko KTMT sammiti çərçivəsində Ermənistana gəlib. “Zvartnots” hava limanında Lukaşenkonu baş nazirin müavini Mqer Qriqoryan qarşılayaraq, sammitin keçirildiyi məkana qədər müşayiət edib.

Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla İrəvana gələn qonaqlar oteldə gecələyərkən, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan Lukaşenkonu şəxsi evində qonaq etməyə tələsib.

Sarukyan Lukaşenkonu malikanəsində qonaq etmək üçün diqqətlə hazırlaşıb. Malikanəni Sarukyanın mühafizəçiləri qoruyublar, Lukaşenkonu xüsusi ağ-qara geyimdə qarşılayıblar”.


Müəllif: Mənsur Rəğbətoğlu