28 Noyabr 2022 15:50
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının üzvləri və tərəfdarları BMT-nin İrəvan ofisi önündə etiraz aksiyası keçiriblər.

Teleqraf.com xəbər verir ki, etiraz aksiyası zamanı PKK-nın erməni və kürd tərəfdarları Türkiyənin Suriya və İraqdakı son antiterror əməliyyatlarına etiraz ediblər.

Aksiyada iştirak edən Ermənistandakı “kürd icması”nın deputatı Knyaz Həsənov Türkiyə və Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib.

PKK tərəfdarları BMT-nin ofisi önündə PKK-nı simvolizə edən əski parçalarını və bu terror təşkilatının lideri Abdullah Öcalanın portretini qaldırıblar.

Aksiya zamanı PKK-çılar Prezident Rəcəb Tayyib Ərdoğanın şəkli və Türkiyə bayrağını yandırıblar.

Qeyd edək ki, noyabrın 13-də İstanbulda partlayış baş verib. 6 nəfərin ölümü, 81 insanın yaralanması ilə nəticələn terakt PKK terror təşkilatı tərəfindən törədilib. Türkiyə Silahlı Qüvvələri buna cavab olaraq noyabrın 20-də PKK/YPG terror təşkilatının Suriya və İraqın şimalındakı mövqelərinə qarşı antiterror əməliyyatına başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər