5 Dekabr 2022 12:34
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Ermənistan hökumətinin mülki aviasiya ilə bağlı islahatları ilə razılaşmır. Bu da Ermənistana Avropa Birliyinin (AB) “qara siyahısı”ndan çıxmaq imkanı vermir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazır.

Ermənistanda qeydiyyatdan keçmiş bütün aviaşirkətlər 2020-ci ilin iyun ayından AB-nin “qara siyahısı”ndadır. Bu da Ermənistanın AB-nin hava məkanına kommersiya məqsədləri üçün daxil olmaq hüququna malik olmaması deməkdir. Buna səbəb Avropa tərəfinin uçuşların təhlükəsizliyi ilə bağlı apardığı yoxlamalar nəticəsində Ermənistan Mülki Aviasiya Komitəsində və bu ölkənin bir sıra aviaşirkətlərində aşkarlanmış nöqsanlar olub.

Rəsmi olaraq “AB-nin Hava Təhlükəsizliyi Siyahısı” adlandırılan “qara siyahı” iki əlavədən ibarətdir: A və B.

A kateqoriyasında AB səmasında fəaliyyəti tamamilə qadağan edilən aviaşirkətlər, B-də isə xüsusi təyyarələrin ölkəyə girişi qadağan edilən aviaşirkətlər göstərilir.

Ermənistan A əlavəsinə daxil edilib. Yəni Ermənistanın bütün aviadaşıyıcılarının AB hava məkanına girişi qadağan edilib.

Siyahı sonuncu dəfə noyabrın 23-də yenilənib. Ermənistanda qeydiyyatdan keçmiş bütün təyyarə operatorları, 8 aviaşirkət həmin siyahıdadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər