10 Dekabr 2022 21:29
5 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Türkiyənin tezliklə birbaşa hava yük daşımalarına başlayacağı ehtimalı yüksəkdir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

“Noyabrın əvvəlində keçirilən texniki müşavirədə bu anlaşmanın icrası müzakirə olundu. Bəli, bunun çox tezliklə həyata keçiriləcəyi ehtimalı yüksəkdir. Konkret tarixləri qeyd etməkdən çəkinəcəm, amma bunun tezliklə baş verməsi ehtimalı böyükdür”, - Rubinyan bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə ilə Ermənistan arasında hər iki istiqamətdə birbaşa hava yük daşımaları mümkün deyil, söhbət bunu mümkün etməkdən gedir.

Rubinyan tarixi dəqiqləşdirməsə də xatırladıb ki, birbaşa yükdaşımalara qoyulan qadağanın aradan qaldırılması, eləcə də quru keçid məntəqəsinin qismən açılması ilə bağlı siyasi razılaşmalar yayda, nümayəndələrin son görüşü zamanı əldə olunub və praktiki addımların atılmasına noyabrın əvvəlində Ermənistan-Türkiyə sərhədində tərəflərin texniki qruplarının görüşü ilə başlayıb:

“İkinci razılaşmamız iyul ayında quru sərhədini üçüncü ölkə vətəndaşları üçün açmaqla bağlı oldu. İndi bununla bağlı görülməli olan şey sərhəddəki körpünün vəziyyətinin yoxlanılmasıdır, bu, yaxınlarda olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər