12 Dekabr 2022 12:08
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Soyqırımının (qondarma erməni soyqırımı – red.) qınanılması məsələsi xalqları pisləmək üçün fürsətə və xalqlar arasında düşmənçiliyin dərinləşməsi platformasına çevrilməməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Hesab edirəm ki, regionda düşmənçilik idarə olunmalı və bu, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan nifrət nitqinin idarə olunmasından başlamalıdır. İstəmirəm ki, biz daim tənqidçi rolunda olaq və gündəlik məişət səviyyəsindən başlayaraq bundan imtina etməliyik. Ermənistanda siyasi rəqibləri və ya opponentləri təhqir etmək üçün başqa millətin adından istifadə etməyi dayandırmalıyıq”, - Paşinyan bildirib.

O xatırladıb ki, Ermənistanda kimsə bir-birini təhqir edəndə qarşısındakına “türk” deyir və bu qəbuledilməzdir:

“Mən sizə məlum olan bir çox hallara görə bu ünvanı çox almış bir insanam. Məni bununla təhqir etməyə meylli insanlara demək istəyirəm ki, onlar məni bununla təhqir etmirlər, çünki bunu təhqir hesab etmirəm. Ümumiyyətlə, hesab edirəm ki, biz bu reallıqları dəyişməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər