14 Dekabr 2022 20:32
5 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Ermənistan arasında işçi qəbuluna dair saziş imzalanıb.

Teleqraf.com xəbər verir ki, BƏƏ-nin insan resursları naziri Əbdürrəhman bin Əbdülmənan əl-Avar ölkəsində səfərdə olan Ermənistanın əmək və sosial məsələlər naziri Narik Mkrtçyanla görüşüb.

BƏƏ-nin dünyanın müxtəlif ölkələri ilə münasibətlərini “anlaşma və qarşılıqlı hörmət” çərçivəsində inkişaf etdirməyə çalışdığını bildirən Avar qeyd edib ki, sözügedən saziş öz ölkələrindən gələn işçilərin işləmək hüquqlarını təmin etmək məqsədilə imzalanıb.

“Əminik ki, Ermənistanla işçi qüvvəsi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün yeni mərhələnin astanasındayıq. Qarşıdakı illərdə bu əməkdaşlığın daha da artacağını gözləyirik”, - BƏƏ rəsmisi bildirib.

Mkrtçyan isə sazişin imzalanmasından məmnun olduğunu və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istədiklərini deyib.

İki ölkə arasındakı anlaşma Ermənistandan BƏƏ-yə işçilərin gəlişi, yaşaması və işlə təmin olunması ilə bağlı tənzimləmələri əhatə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər