Ermənistan sentyabr ayında sərhəd toqquşmaları zamanı ölən hərbçilərin sayını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Ermənistan istintaq Komitəsinin mətbuat katibi Qor Abramyan sentyabr döyüşlərində 224 erməni hərbçisinin öldüyünü bildirib.
Onun sözlərinə görə, hazırda 224 hərbçinin şəxsiyyəti müəyyənləşdirilib və tanıma prosesi bitib.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Azərbaycan və Ermənistan sərhədində erməni təxribatı nəticəsində toqquşmalar baş verib. Azərbaycan ordusunun qətiyyətli cavabı nəticəsində düşmən böyük itki verib