17 Yanvar 2023 16:32
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabrında Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın ürəyinə stent qoyulub.

Teleqraf.com-un xəbərinə görə, ölüm xəbəri yayılan Petrosyanın həkimi Xaçik Ambardzumyan eks-prezidentin səhhəti ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, Ter-Petrosyanın səhhətinin vəziyyəti qənaətbəxşdir, birinci prezidentin səhhətinin pisləşməsi, üstəlik vəfat etməsi barədə bütün xəbərlər biabırçı dezinformasiyadır.

“Səhhəti qənaətbəxşdir, özünü çox yaxşı hiss edir, iki gün əvvəl onunla görüşdüm, heç bir problemi yoxdur, ürəyi ilə bağlı müalicə alır. Saxta xəbər yazanlar mənim dediklərimi oxuya bilərlər”, - həkim bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu