19 Yanvar 10:49
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyinin İkinci ordu korpusunun komandanı Vahram Qriqoryan tutduğu vəzifədən azad edilib.

Teleqraf.com xəbər verir ki, müvafiq fərmanı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

***

Ermənistanda hərbi hissədə baş verən faciəvi yanğınla bağlı ordunun yüksək vəzifəli şəxsləri işdən çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Lurer” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ikinci korpusun komandiri və Silahlı Qüvvələrin yanğından mühafizə xidmətinin rəisi vəzifəsindən azad ediləcək.

Qeyd edək ki, ötən gecə Qeqarkunik bölgəsindəki hərbi hissələrdən birində yanğın baş verib. İlkin məlumatlara görə, 15 hərbçi həlak olub, yaralılar var.


Müəllif: Nemət