19 Yanvar 2023 11:56
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın təhsil və mədəniyyət naziri naziri Janna Andreasyan ermənilərin “milli qəhrəman”ı Qaregin Njdeni “faşist” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Haraparak” qəzeti yazıb.

Nəşr xanım nazirin bunu bir neçə il əvvəl dilə gətirdiyini bildirib:

“Dünən təhsil və mədəniyyət naziri vəzifəsinə təyin olunan Janna Andreasyan könülsüz şəkildə rəhbərlik etdiyi sektorda islahatlar və yeni proqramlarla bağlı bir neçə sualı cavablandırıb. Onun üçün “ağrılı məqam”a çatanda, Njdenin ideologiyasının faşist olduğunu israr etməyə davam edib-etmədiyinə görə xanım Andreasyanın fikri qarışdı. Suala birbaşa cavab verməkdən yayınmağın yollarını axtarmağa başladı.

Janna Andreasyan bu fikri təxminən on il əvvəl, 2012-ci ildə verdiyi müsahibədə dilinə gətirib: “Əslində, Njde ideologiyası faşist ideologiyası deməkdir. Njde ideologiyası XXI əsrdə cəmiyyət olaraq bizim üçün çox təhlükəlidir”.

Qəzet Andreasyanın müvafiq suala birbaşa cavab verməkdən yayındığını və bunu inkar etmədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu