19 Yanvar 2023 15:38
2 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun Geqarkunik rayonundakı N saylı hərbi hissəsində baş verən yanğın bu ölkədə geniş müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, baş verənləri Azərbaycanın adına yazmağa və buna görə ölkəmizə böhtan atmağa çalışan erməni siyasilər də var.

Deputat Taquhi Tovmasyan da baş verənləri “təxribat” adlandırıb və olayda “PUA izi” tapıb.

“Bu hekayədə 15 əsgərin niyə, hansı şəraitdə sığınacaqda qalaraq yanıb külə döndüyü bəlli deyil. Bəs sərhədə pilotsuz təyyarənin endirilməsi versiyası niyə istisna olunur?”, - Tovmasyan bildirib.

Ermənistan müdafiə naziri Suren Papikyan “Azərbaycan təxribatı” ətrafında gəzən söz-söhbətə son qoyub:

“Yanğın təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Yanğını tez bir zamanda söndürmək mümkün olmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu