20 Yanvar 2023 13:42
4 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin sədri Alen Simonyana “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi ilə bağlı üç dəfə vəsatət təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Parlamentin növbəti iclasında vəsatətə baxılacaq. Növbəti iclas fevralın 7-nə təyin edilib.

Prosedura görə, baş prokuror parlamentə gəlməli və deputat Ohanyanın toxunulmazlığından məhrum edilməsi barədə qərarı əsaslandırmalı, bundan sonra parlamentarilər gizli səsvermə yolu ilə baş prokurorun vəsatətini təsdiq və ya rədd etməlidir.

1990-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Seyran Ohanyan Xocalı soyqırımının təşkilatçılarından və müəlliflərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu