24 Yanvar 2023 11:42
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Robert Köçəryan siyasi fəaliyyətini passivləşdirmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Robert Köçəryan və ailəsinə bağlı media qurumlarında ixtisarlar başlayıb. Məlum olub ki, yerevantoday.am xəbər saytının fevralın 1-dən minimum heyətlə işləyəcəkləri bildirilib. Maliyyə problemlərinə görə digər KİV-lərdə də ixtisarlar olacaq.

Prosesin həm də siyasi konteksti var. Komandası ilə son görüşündə Robert Köçəryan bildirib ki, passiv mövqeyə çəkilmək qərarına gəlib. Çünki sağ və solçular onu meydanı zəbt etməkdə, yeni müxalifətin formalaşmasına imkan verməməkdə ittiham edirlər”, - məlumatda deyilir


Müəllif: Mənsur Rəğbətoğlu