31 Yanvar 2023 11:39
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun N saylı hərbi hissəsinin kommunal-təsərrüfat və yanğından mühafizə idarəsinin rəisi, mayor M.S. həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Mayor barəsində açılan cinayət işi çərçivəsində “hərbi qulluqçu ehtiyatsızlığı”, “ehtiyatsızlıqdan insan ölümünə səbəb olmaq”da və “vəzifə səhlənkarlığı”nda ittiham olunur.

Xatırladaq ki, yanvarın 19-da erməni ordusunun Geqarkunik rayonundakı N saylı hərbi hissəsində yanğın hadisəsi baş verib. Olay zamanı 15 hərbçi həyatını itirib. Olaydan sonra hərbi hissəsinin komandiri vəzifəsindən azad olunub.


Müəllif: Mənsur Rəğbətoğlu