1 Fevral 2023 12:33
1 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan bütün dövlət strukturlarının rəhbərliklərini dəyişdirmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

“Rəsmi mənbələrimiz bildirir ki, Paşinyan bütün dövlət strukturlarının rəhbərliklərini alt-üst etmək niyyətindədir, ona görə də şəxsən qurumlarda nə baş verdiyini anlamaq qərarına gəlib”, - məlumatda qeyd edilib.

Nəşr bildirib ki, ötən ilin sonundan nazirliklərə baş çəkən və hesabatları dinləyən Paşinyan bir sıra nazirləri təəccübləndirib:

“Baş nazir onlara deyib ki, gördüyü işlərə görə onu tərifləməsinlər, əksinə planlaşdırılmış, amma yerinə yetirilməmiş işlər haqqında danışınlar. Yaxın vaxtlarda hakimiyyətin tabeliyində olan müxtəlif dairələrdə yeni hərəkətlənmənin olacağı istisna edilmir”.


Müəllif: Mənsur Rəğbətoğlu