Oxşar xəbərlər
“İran və Ermənistan liderlərinin yekdilliyi görünməmiş səviyyəyə çatıb”.
Teleqraf.com xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri deyib.
Azərbaycan ərazilərinin otuz illik işğalı dövründə və bundan sonra Ermənistana hər cür dəstəyi verən İranın səfiri iki ölkə arasındakı əlaqələrin ən yüksək həddə çatdığını bildirib:
“İki ölkənin baxışlarının ümumiliyi və əsas maraqların üst-üstə düşməsi münasibətlərimizdə yeni situasiya yaradıb. İki ölkə liderlərinin yekdilliyi görünməmiş səviyyəyə çatıb, son bir il ərzində iki ölkənin ən mühüm rəsmiləri ən azı bir dəfə həmkarları ilə görüşüblər. Bu prosesin davamlılığı mütləq lazımdır. 2015-ci il sazişinin icrası iki ölkə arasında ticarət əlaqələrinin xeyli artmasına səbəb olub”.