Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri tarixi hadisədir.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitterdə yazıb.
“Ermənistan xarici işlər nazirinin Türkiyəyə səfəri tarixidir, bu, çətin vəziyyətə düşən qonşuya kömək etmək qərarından sonradır. Ümid edək ki, Ermənistan-Türkiyə münasibətlərində yeni inkişaflara start verilib”, - Klaar yazıb.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Türkiyəyə gedəcək və orada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Erməni nazir zəlzələdən zərər çəkmiş Adıyamana da baş çəkəcək və burada erməni xilasedicilərlə görüşəcək.