Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan barəsində axtarış elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu bildirib.
Vigen Sərkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Bundan əvvəl İrəvanın ümumi yurisdiksiya məhkəməsi sabiq nazirin həbsi ilə bağlı vəsatəti təmin edib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, 2018-ci ilin yanvarında müdafiə idarəsinin balansında olan binada mənzillərin bölüşdürülməsi prosesində Sərkisyan bilərəkdən səlahiyyətlərindən kənara çıxıb.
Qeyd edək ki, bundan əvvəl Vigen Sərkisyan prokurorluğun hərəkətlərini siyasi təqib adlandırmışdı.
Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyanın həbsi ilə bağlı vəsatəti təmin edib.