7 Mart 2023 14:25
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı müşahidəçilərinin Ermənistana nə üçün gəldikləri məlum deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Fevralın 20-də Avropa İttifaqının (Aİ) 100 mülki müşahidəçisi Ermənistana gəlib, onlardan 50-si silahsızdır, qalan 50-nin isə nə ilə silahlandığı məlum deyil. İndiyədək Aİ müşahidəçilərinin hansı funksiyanı yerinə yetirəcəkləri dəqiq bilinmir, yalnız onların sərhəd bölgələrində sabitliyə, xalqlar arasında etimad və təhlükəsizliyin yaradılmasına və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verəcəkləri, eləcə də Aİ müşahidəçiləri üçün mühitin yaradılmasına dəstək verəcəkləri açıqlanıb”, - məlumatda deyilir.

Nəşr qeyd edir ki, müşahidəçilər Ermənistana 2 il müddətinə gəliblər, onların operativ qərargahı Yeqqnadzorda (Keşişkənd) yerləşir, amma sərhəddə müşahidə aparmaq üçün qruplar yaradılıb:

“Məsələn, Qeğarkunik (Göyçə mahalı) əyalətinin sərhəd rayonlarını müşahidə etmək üçün yaradılan qrup Martuni (Aşağı Qaranlıq) şəhərində və kənarındakı otellərdən birində yerləşdirilib. Halbuki sərhəddə. Vardenis (Basarkeçər) bölgəsində vaxtaşırı silahlı toqquşmalar baş verir. Aİ müşahidəçiləri nisbətən təhlükəsiz ərazidə yerləşməyə üstünlük veriblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər