9 Mart 2023 18:12
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan erməni jurnalist Aram Qabrielyanov Ermənistan hökumətini məhkəməyə verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə özü məlumat yayıb.

“Bilirdim ki, Paşinyan Betmən deyil, amma onun bu qədər alçaq və qorxaq olduğunu gözləmirdim. Ermənistan hökumətini məhkəməyə verib məni Ermənistana buraxmağa məcbur edəcəm. Heç bir zibil məni atamın vətənindən məhrum edə bilməz”, - jurnalist bildirib.

Bundan əvvəl Aram Qabrielyanovun Ermənistana girişinə qadağa qoyulub. Dünən Ermənistana girmək istəyərək İrəvana hava limanından geri qaytarılıb.

Rusiyanın siyasi çevrələrinə yaxınlığı ilə seçilən Aram Qabrielyanov rus mediasında Azərbaycan ərazilərində (Qarabağ) erməni separatizminin təbliğatçılarından biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər