“Nikol Paşinyan hökuməti Ermənistanı KTMT-dən çıxarmaq üçün hərəkətə keçib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
Deputat Ermənistanın KTMT-dən çıxarılması üçün ilk addımın atıldığını iddia edib:
“Xarici İşlər Nazirliyinin məlumatına görə, Ermənistan KTMT katibinin müavini kvotasından imtina etmək üçün KTMT-yə müvafiq təklif təqdim edib. Qeyd edim ki, KTMT katibinin üç müavininin vəzifəsi rotasiya xarakterlidir.
Ermənistan nə edir?
Birincisi, bununla Ermənistan KTMT-nin siyasi xətti ilə bağlı öz reaksiyasını bildirir.
İkincisi, bu, təşkilatla münasibətlərin siyasi səviyyəsini aşağı saldığını göstərir.
Üçüncüsü, məndə belə bir təəssürat yaranır ki, Ermənistan bu addımı ilə KTMT-dən ayrılmaq prosesinə başlayır”.