11 Mart 2023 16:33
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan rəhbərliyi İranla münasibətlərdə ehtiyatlı davranır, ona çox da yaxınlaşmaq istəmir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Harut Artin Arakelyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan hökuməti İranın Qafanda (Zəngəzurda) konsulluq açmasına “jest” olaraq heç bir reaksiya verməyib:

“Bəs hökumət bundan sonra nə etdi? Heç nə. Əgər heç nə etmirsinizsə, demək ki, müşahidəçisiniz. İran dəfələrlə onu qorumaq istədiyini Ermənistana bildirib. İran deyir ki, gəlin Süniki (Zəngəzuru) birlikdə müdafiə edək. Amma Ermənistan bu çağırış istiqamətdə heç bir addım atmır: İrandan silah almır, hərbi təlimlər keçirmir, mütəxəssis mübadiləsi aparmır. Bir sözlə, hər şey söz səviyyəsindədir və söz səviyyəsində də qalacaq”.

Beləliklə, Arakelyan Baş nazir Nikol Paşinyanın molla rejiminin Azərbaycan əleyhinə yönəlmiş bədnam çağırışlarına məhəl qoymadığına diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər