“İstəsək də, istəməsək də KTMT Ermənistan Respublikasını tərk edir və bu, bizi narahat edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“2020-ci ildə KTMT baş katibi Ermənistana səfər edəndə mənimlə söhbətində dedi ki, KTMT-də Ermənistanın ittifaqdan çıxacağı ilə bağlı narahatlıq var. Ona cavab verdim ki, bu narahatlıq yersizdir, amma bizim başqa bir qorxumuz var, bu da odur ki, KTMT Ermənistanı tərk edəcək. Mənim fikrim budur ki, istəsək də, istəməsək də KTMT Ermənistan Respublikasını tərk edir və bu, bizi narahat edir”, - baş nazir vurğulayıb.